İqtisadiyyat

Bakı İcra Hakimiyyətinin əsas tenderlərinin “qalibi” olmuş şirkətin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı

Bir müddət əvvəl “tenderlər kralı” kimi nam salan “Star Construktion-12” QSC-nin dövlətə külli miqdarda vergi borcu olduğu üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumta görə, şirkətin hazırda 4 milyon 239 min 661 manat 49 qəpik vergi borcu mövcuddur.

Nizamnamə kapitalı 2050 AZN olan “Star Construktion-12” QSC-nin qanuni təmsilçisi MİRSAHİB BAYRAMOV ATAMALI OĞLUdur.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossüsi, ev 53-dür.

Şirkətin adı bir müddət əvvələ kimi, Bakı şəhərinə məxsus milyonluq əsas tenderlərində qalib kimi çəkilib.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı 2018-ci ildən Eldar Əziz oğlu Əzizovdur.

Bənzər yazılar

Back to top button