İdman

Avropa Liqası: “Qarabağ”ın 1/8 final mərhələsindəki rəqibi bəlli oldu

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələlərinin püşkatma mərasimi keçirilib.

Fanat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi də məlum olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 finalda “Bayer 04” (Almaniya) ilə qarşılaşacaq. Ağdam klubu ilk matçını evdə oynayacaq.

Qeyd edək ki, bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də gerçəkləşəcək.

Bənzər yazılar

Back to top button