İdman

MY-nin 15 milyonluq transferi üçün mövsüm bitdi

“Mançester Yunayted”in 2022-ci ilin yayında “Feyenoord”dan 15 milyon avroya transfer etdiyi Tayrel Malasiya üçün mövsüm bitib.

Fanat.az xəbər verir ki, informasiyanı “Manchester Evening News” yayıb.

Mənbənin məlumatına görə, sonuncu dəfə ötən il mayın 28-də meydana çıxan və həmin gün dizindən zədə alan sol cinah müdafiəçisi əməliyyat olunsa da, prosedur gözlənilən nəticəni verməyib. Üstəlik, 24 yaşlı müdafiəçi yanvarda zədə təkrarlanıb. Hələ də sağalmayan oyunçunun yalnız növbəti mövsümün əvvəlində sıraya dönəcəyi bildirilir.

Ötən mövsüm Erik ten Haqın komandasında əsas heyət üzvü olan Tayrel MY-də ümumilikdə 39 matçda iştirak edib.

“Mançester Yunayted” hazırda Premyer Liqa cədvəlində altıncı yerdədir.

Bənzər yazılar

Back to top button