Dünya

Fransanın daxili işlər naziri istefa verdi

Fransanın daxili işlər naziri Qerard Kollomb istefa verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, istefası ölkə prezidenti Emmanuel Makron tərəfindən qəbul edilməyən Kollomb mətbuata açıqlamasında bunları deyib.

“Liona qayıdıram. Prezidentə bildirdim ki, vətəndaşlar vəziyyətlərinin aydınlaşdırılmasını istəyirlər. Həyatım boyu söz verdiyim hər şeyi etmişəm. İndi əsas prioritetim lionlulara xidmət etməkdir”, – deyə o, bildirib.

Yerinə təyin ediləcək şəxsin adı açıqlanarsa, Kollomb sabahdan etibarən rəsmi olaraq vəzifəsindən gedəcək.

Qeyd edək ki, o, daha öncə Lion şəhərinin bələdiyyə sədri olub. Nazir təyin edildikdən sonra bələdiyyə sədri vəzifəsini icra edən Georges Kepenekyan də bir müddət öncə istefa verib.

Kollomb səhhətində heç bir problem aşkarlanmasa, bələdiyyə seçkilərində yenidən Lion şəhərindən namizədliyini irəli sürəcəyini açıqlayıb.

Bənzər yazılar

Back to top button