Dünya

İran nüvə fəaliyyətinə yenidən başlayır

İran nüvə fəaliyyətinə yenidən başlayacağını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qərar qəbul edib. Ölkə rəhbəri 2015-ci ildə imzalanmış nüvə razılaşmasına görə, İranın götürdüyü öhdəliklərin bir qisminin icrasının dayandırıldığını açıqlayıb. Növbəti 60 gün ərzində zənginləşdirilmiş uranın miqdarı artırılacaq. Rəsmi Tehran bu ilin əvvəlində məsələ ilə bağlı xəbərdarlıq etmişdi.

Qeyd edək ki, nüvə razılaşması 15 iyul 2015-ci ildə İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, həmçinin Almaniya ilə imzalanıb. ABŞ ötən ilin mayında razılaşmadan çıxıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button