İdman
Premyer Liqada dəhşət anları: hadisə hər kəsi ağlatdı (FOTO/VİDEO)
İngiltərə Premyer Liqasının XI turunun “Everton” – “Tottenhem” oyununda dəhşətli hadisə baş verib.
Fanat.Az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmanın ikinci yarısında qonaqların futbolçusu Heunq-Min Son rəqibi Andre Qomesin ayağına zərbə endirib. Nəticədə portuqaliyalı futbolçunun ayağı qırılıb.
Rəqibinin ayağını qırdığını görən Heunq-Min Son göz yaşlarını saxlaya bilməyib. Andre Qomesə ilk yardımı Türkiyə millisinin üzvü Cenk Tosun edib.
Hakim Heunq-Min Sonu meydandan qovub.