Hadisə

Göyçayda it sahibəsini ağzından dişləyib

Göyçayda qadın itin hücumuna məruz qalıb…

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

Kənd sakini, 1954-cü il təvəllüdlü Əsgərova Surə Cahangir qızı evində saxladığı itin hücumuna məruz qalıb. İt qadını yerə yıxaraq ağzından dişləyib.

Qadın təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bənzər yazılar

Back to top button