Cəmiyyət

Şimal bölgəsində qarın hündürlüyü 10 sm-ə çatdı

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

AzToday.az APA-ya istinadən xəbər verir ki, Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağmağa başlayıb.

Ən çox qar Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 10 sm-ə çatıb. Qrız kəndində 5 sm, Təngəaltında 3 sm, Qubanın mərkəzində isə 1 sm qar müşahidə olunub. Qusarın Yasab kəndinə isə 1 sm qar düşüb.

Qubanın Qrız və Xınalıq kəndlərində temperatur mənfi 9 dərəcəyədək enib.

Bənzər yazılar

Back to top button