Dünya

Rusiyada sərnişin təyyarəsinin təkərləri açılmadı, yerə “qarnı üstə” düşdü (VİDEO)

Utair şirkətinin sərnişin təyyarəsi Komi hava limanına sərt və çətin eniş etmək məcburiyyətində qalıb.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, təcili yardım xidmətindəki mənbələr laynerin quyruq hissəsinin enmə zolağına dəydiyini bildirib.

Bildirilir ki, təyyarədə 94 nəfər – 88 sərnişin və altı ekipaj üzvü olub. Hamısı təxliyə edilib. REN TV-nin məlumatına görə, bir nəfər xəsarət alıb. Rəsmi olaraq bu məlumat hələ təsdiqlənməyib.

Təcili yardım xidmətinin nümayəndəsi bildirib ki, problem təyyarənin təkərlərində olub. Digər detallar müəyyənləşdirilir.

Usinsk hava limanı hazırda normal rejimdə işləyir.

Bənzər yazılar

Back to top button