Bizim seçimGündəmSiyasət

Erkin Qədirli: “Seçicilərin sayını artırmaq üçün, hamının səsini artırıblar”

16 saylı Yasamal ikinci seçki dairəsindən deputat seçilən Erkin Qədirli 8 məntəqə üzrə nəticələrin ləğv olunmasını istəyir.

AzToday.az xəbər verir ki, bu barədə Erkin Qədirli “facebook” səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, saxtakarlıq halları ilə bağlı MSK-ya şikayət edib:

“Bu səhər ATƏT-in uzunmüddətli müşahidəçilərilə görüşdüm (görüşü özləri istədilər, ofisimizə gəldilər). Hər şeyi onlara dedim və göstərdim. MSK-ya şikayətimin nüsxəsini də onlara verdim. Bu arada, şikayət etdiyim və nəticələrinin ləğv olunmasını xahiş etdiyim məntəqələrin sayı 5-dən 8-ə yüksəldi (daha 3 məntəqədə pozuntuların olduğunu sonradan gördüm, protokolları gec aldığımıza görə). Müşahidəçilərimizin aktlarını, aldığım səslərin gerçək sayıyla MSK-nın elan etdiyi səslər arasında fərqi, eləcə də başqa sübutları şikayətimə əlavə etdim.

Bu məntəqələrin nəticələri ləğv olunarsa, yerdə qalan səslərlə mən yenə də udmuş sayılaram. Qanuna görə, məntəqələri 2/5-in nəticələri ləğv olunarsa, dairənin nəticələri ləğv olunmalıdır. Mənim dairəmdə məntəqələrin 2/5-in sayı 12-dir. Mən 8 məntəqədən şikayət edirəm. Orada, səsverməyə gəlmiş seçicilərin sayını artırmaq üçün, hamının səsini artırıblar. Mən o məntəqələri onsuz da udmuşam, amma şişirdilmiş rəqəmləri qəbul edəsi deyiləm”.

Bənzər yazılar

Back to top button