ABŞ tezliklə Ermənistan və Azərbaycan arasında sülhün bağlanmasının vacibliyini bildirir

Sep 14, 2024 - 18:27
 0
ABŞ tezliklə Ermənistan və Azərbaycan arasında sülhün bağlanmasının vacibliyini bildirir

Cümə günü ABŞ bildirib ki, Azərbaycan və Ermənistan arasında son irəliləyişi, o cümlədən  sərhədin tənzimlənməsi haqqında sazişi alqışlayır, Turan-ın Vaşinqton müxbiri bildirib.

Sentyabrın 12-də dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyana telefon danışığı zamanı "Ermənistanla Azərbaycan arasında möhkəm və layiqli sülhün vacibliyini təsdiqləyib", - Dövlət Departamenti bildirib.

Blinkenin Azərbaycan lideri İlham Əliyevə də zəng edib-etmədiyi bəlli deyil. Sonuncu dəfə iyunun 20-də telefon danışığı zamanı Blinken  "yubanmadan" sülh sazişinin bağlanmasının vacibliyini vurğulayıb. 

Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin sözlərinə görə, Blinken və Paşinyan ABŞ və Ermənistan arasında münasibətlərin, o cümlədən enerji, ticarət, investisiya və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

"Katib demokratik və müstəqil Ermənistanın dəstəklənməsi üzrə ABŞ-ın davamlı səylərə sadiqliyini təsdiqləyib. Bu Ermənistan xalqına və daha geniş Qafqaz bölgəsinə fayda gətirəcək", - Dövlət Departamentinin məlumatında deyilir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow