İlham Əliyev Lukaşenkoya zəng edib

Aug 30, 2024 - 17:26
 0
İlham Əliyev Lukaşenkoya zəng edib

Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.

“Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Yüksək səviyyədə təmasların əhəmiyyətinə toxunularaq bu il Belarus Prezidentinin ölkəmizə dövlət səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verdiyi bir daha qeyd edilib.

Dövlət başçıları əməkdaşlığımızın perspektivlərinə dair və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow