Prezident San-Marino Respublikasının Regent Kapitanlarını təbrik etdi

Sep 3, 2024 - 11:35
 0
Prezident San-Marino Respublikasının Regent Kapitanlarını təbrik etdi

Prezident İlham Əliyev San-Marino Respublikasının Regent Kapitanları Alessandro Rossi və xanım Milena Qasperoniyə təbrik məktubu göndərib.

AzToday.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow