Venesuelada prezidentliyə namizəd olmuş Qonsalesin həbsinə order verildi

Sep 3, 2024 - 10:35
 0
Venesuelada prezidentliyə namizəd olmuş Qonsalesin həbsinə order verildi

Venesuela məhkəməsi müxalifətdən prezidentliyə namizəd olmuş Edmundo Qonsalesin həbsinə order verilməsi tələbini təsdiqləyib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Venesuela Baş Prokurorluğu məlumat yayıb.

“Birinci instansiya məhkəməsi Edmundo Qonsales Urrutiyanın ağır cinayətlər törətdiyinə görə həbs edilməsinə dair orderi təsdiqləyib”, - deyə bazar ertəsi prokurorluğun İnstaqram səhifəsində yerləşdirilən məlumatda bildirilib.

Bazar ertəsi prokurorluq terror məhkəməsindən Qonsalesin “hakimiyyəti qəsb etmə, qanuna tabe olmamağa təhrik etmə, cinayət sui-qəsdi və informasiya sistemlərinə təxribat törətmə” ittihamları ilə həbs qərarı verməsini tələb edib.

Belə ki, Venesuela Prezidenti Nikolas Maduronun seçki qərargahının rəhbəri Xorxe Rodriges müxalifətin seçki məntəqələrində protokolları saxtalaşdırmasına dair nümunələr təqdim edib.

Baş Prokurorluq müxalif siyasətçiyə üç dəfə çağırış vərəqəsi göndərsə də, o, heç vaxt ifadə verməyib.


Qeyd edək ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Milli Seçki Şurası protokolların demək olar ki, 97%-nin işlənməsindən sonra vətəndaşların 51,95%-nin hazırkı prezident Nikolas Maduroya, 43,18%-nin isə onun əsas rəqibi Edmundo Qonsales Urrutiaya səs verdiyini bəyan edib. Ertəsi gün Karakasın mərkəzində etiraz aksiyaları və iğtişaşlar başlayıb. Venesuela hakimiyyətinin məlumatına görə, 2200-dən çox adam yandırma və digər cinayətlərə görə saxlanılıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow