ANAMA 181 min manatlıq it yemi alır

Aug 26, 2024 - 10:46
 0
ANAMA 181 min manatlıq it yemi alır

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) keçirdiyi açıq tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, ANAMA-nın 181 min 17 manat 90 qəpik dəyərindəki tender müsabiqəsini “Universal-RA” MMC (VÖEN - 1301581481) udub.

“Universal-RA” MMC ANAMA-ya 31 min 500 kiloqram quru it yemi stacaq.

Qeyd edək ki, ötən həftə ANAMA Xorvatiyanın "Piper d.o.o." şirkətindən 202 min 500 dollar (344 min 250 manat) dəyərində minaaxtaran itlər almaq üçün satınalma müqaviləsi imzalayıb.

Məlumat üçün bildirək ki, ANAMA-ya it yemi satacaq “Universal-RA” MMC 24 dekabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin  qanuni təmsilçisi Abbasov Rəşad Bəhlul oğludur.

Onu da bildirək ki, Dövlət Vergi Xidmətindən açıqlanan məlumata görə “Universal-RA” MMC-nin hazırda dövlət büdcəsinə 13 min 50 manat 78 qəpik vergi borcu var.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow