ASAN Xidmət 15 milyon SMS göndərəcək – 20%-ə yaxın bahalaşıb

Sep 10, 2024 - 13:52
 0
ASAN Xidmət 15 milyon SMS göndərəcək – 20%-ə yaxın bahalaşıb

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com-un məlumatına görə, tender müsabiqəsinin qalibi “Figensoft Azərbaycan” MMC şirkəti olub.

Müsabiqənin şərtinə görə “Figensoft Azərbaycan” MMC ASAN Xidmət üçün (“İnnovasiyalar Mərkəzi” MMC) SMS paketinin satın alınması xidmətini həyata keçirəcək.

“Figensoft Azərbaycan” MMC ASAN Xidmətə 15 000 000 SMS-in yer aldığı paket təqdim edəcək və bunun üçün 374 min 999 manat 99 qəpik alacaq.

Rəqəmlərdən də göründüyü kimi, ASAN Xidmət 1 SMS üçün 2,5 qəpik vəsait xərcləyəcək.

Məlumat üçün qeyd edək ki, ASAN Xidmət son 5 ildə aşağıdakı şirkətlərdən SMS paketlər alıb:

- 2020-ci ildə “L-Sim” MMC-dən 1 ədədi 2,2 qəpiyə 12 500 000 ədəd SMS paketi;

- 2021-ci ildə “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-dən 1 ədədi 2,1 qəpiyə 15 000 000 ədəd SMS paketi;

- 2022-ci ildə “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-dən 1 ədədi 2,1 qəpiyə 15 000 000 ədəd SMS paketi;

- 2023-cü ildə “Figensoft Azərbaycan” MMC-dən 1 ədədi 2,5 qəpiyə 15 000 000 ədəd SMS paketi;

- 2024-cü ildə “Figensoft Azərbaycan” MMC-dən 1 ədədi 2,5 qəpiyə 15 000 000 ədəd SMS paketi.

Onu da bildirək ki, ASAN Xidmətin keçirdiyi tenderdə qalib olan “Figensoft Azərbaycan” MMC-nin direktoru Mustafa Cenk Abac daha əvvəl “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-nin də direktoru olub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow