“Azay Quliyev məğlub olacaq və Əli Həsənov parlamentdəki son nümayəndəsini itirəcək“ - Mustafa Hacıbəyli

Aug 17, 2024 - 10:23
 0
“Azay Quliyev məğlub olacaq və Əli Həsənov parlamentdəki son nümayəndəsini itirəcək“ - Mustafa Hacıbəyli

"Azay Quliyev Əli Həsənovun Azərbaycan parlamentində sonuncu nümayəndəsidir. O qədər yaxın olublar ki, Azay Quliyevin rəhbərlik etdiyi QHT Şurası illərlə Əli Həsənovun ailəsinə məxsus ofisdə (Fikrət Əmirov küçəsi 1)  yerləşib və ona milyonlarla pul ödəyib.

AzFakt.com-un xəbərinə görə, bunu 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Mustafa Hacıbəyli bildirib.

Onun sözlərinə görə, 8 saylı dairədə Azay Quliyevin zərrə qədər nüfuzu yoxdur: "İmza toplayarkən seçicilər mənə "Əvvəlki deputatın bir dəfə də üzünü görmədik, siz də beləmi olacaqsınız?" - deyə, sual verirdilər. Sentyabrın 1-də Azay Quliyev məğlub olacaq və Əli Həsənov parlamentdəki son nümayəndəsini itirəcək".

Bu və digər iddialarla bağlı Azay Quliyevin mövqeyini dərc etməyə hazırıq. 

Xatırlatma: Bir neçə gün öncə, A.Quliyevə məxsus olduğu bildirilən Bakıdakı villa ilə bağlı onun köməkçisi ilə əlaqə saxlasaq da, cavab ala bilmədik. Bildirildi ki, hazırda seçkiqabağı təşviqatla məşğuldurlar. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow