Azərbaycan Avropa Şurasındakı mövqeyini özü çətinləşdirir - AŞPA sədri

Aug 27, 2024 - 10:57
 0
Azərbaycan Avropa Şurasındakı mövqeyini özü çətinləşdirir - AŞPA sədri

AŞPA prezidenti Teodor Russopulos Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərinin Azərbaycanda persona non-qrata elan edilməsi ilə bağlı bəyanatına cavab verib.

“Bu, sadəcə olaraq, Azərbaycanın Avropa Şurasındakı hazırkı mövqeyini çətinləşdirən və təəssüf doğuran siqnaldır. Üzv dövlətlər özlərini demokratiya standartlarına riayət etmək öhdəliyini götürüblər. Odur ki, öz vicdanlarına uyğun olaraq səs verənləri qara siyahıya salmaq yalnız əks nəticəyə gətirib çıxara bilər. ”, - Russopulos X platformasındakı hesabınızda yazıb.

*Qeyd edək, bir gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququndan məhrum edilməsinə səs verən deputatların Azərbaycana buraxılmayacağını açıqlamışdı.

AŞPA deputatlarının bu qərarına səbəb isə Azərbaycanın Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü öhdəlikləri sistematik şəkildə pozması olub. (Turan)

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow