“Azərbaycan Dəmir Yolları”nın tibb müəssisələri aidiyyəti dövlət orqanlarına verildi

Aug 22, 2024 - 15:51
 0
“Azərbaycan Dəmir Yolları”nın tibb müəssisələri aidiyyəti dövlət orqanlarına verildi

Nazirlər Kabineti "Azərbaycan Dəmir Yolları” QSC-nin tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında qərar qəbul edib.

AzToday.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qəraraə əsasən, səhmdar cəmiyyətinin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi və Yol Sanitar-Karantin Müfəttişliyi Səhiyyə Nazirliyinin tabeliyinə, Həkim-Sanitar Xidmətinin tibb müəssisələri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə, Baknın Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Əncirli Uşaq Dəmir Yolu Xəstəxanasının yerləşdiyi əmlak kompleksi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow