Azərbaycanda minlərlə insan aliment ödəməmək üçün gizlənir – İllər üzrə siyahı

Sep 4, 2024 - 13:00
 0
Azərbaycanda minlərlə insan aliment ödəməmək üçün gizlənir – İllər üzrə siyahı

Bu ilin ilk yarısında Azərbaycanda 7 min 606 nəfər aliment öhdəliklərini yerinə yetirmədiyi üçün müvafiq dövlət orqanlarından gizlənib.

Yeniavaz.com xəbər verir ki, dövlət orqanları aliment öhdəliklərini ödəməkdən yayınaraq gizlənən şəxslərin 3 min 174 nəfərinin və ya 42%-nin yerini müəyyən edə bilib.

4 min 432 nəfərin axtarışları isə davam edir.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə aliment öhdəliklərini ödəməkdən yayınaraq gizlənən şəxslərin sayı 7 min 781 nəfər olub.

Qeyd edək ki, son 5 ildə aliment öhdəliklərini ödəməkdən yayınaraq gizlənən şəxslərin sayı aşağıdakı kimi olub:

2020-ci ildə –  9 187 nəfər;
2021-ci ildə – 10 197 nəfər;
2022-ci ildə – 10 578 nəfər;
2023-cü ildə – 11 217 nəfər;
2024-cü ilin ilk yarısında – 7 606 nəfər.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow