Azərbaycanda nə qədər seçici var?

Aug 17, 2024 - 09:42
 0
Azərbaycanda nə qədər seçici var?

Milli Məclisə seçkilərdə 6477 seçki məntəqəsi fəaliyyət göstərir.

Bu barədə Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, onlardan 6343 daimi, 134-ü isə müvəqqəti seçki məntəqələridir: "Seçicilərin sayı isə 6 421 073 nəfərdir”.

Məzahir Pənahov bildirib ki, indiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb. Sədr deyib bildirib ki, parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı 321 nəfərdir. MSK sədri diqqətə çatdırıb ki, 46 ölkədən olan beynəlxalq müşahidəçilər 39 qurumu təmsil edir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow