"Azərenerji"nin vəzifəli şəxsi cərimələndi, narazı qaldı

Aug 31, 2024 - 17:18
 0
"Azərenerji"nin vəzifəli şəxsi cərimələndi, narazı qaldı

"Azərenerji” ASC-nin tabeliyində fəaliyyət göstərən Şimal "ES” MMC-nin direktor vəzifəsini icra edən Pirəli Əlili cərimələnib.

Qaynarinfo xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Pirəli Əliliyə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) maddəsi ilə cərimə yazıb.

Bu maddədə nəzərdə tutulan inzibati xətaya görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Pirəli Əlili dövlət qurumunun qərarından məhkəməyə şikayət verib. Şikayətə Xəzər Rayon Məhkəməsində baxılacaq. 

Sentyabrın 6-na iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim İlham Cəfərzadənin sədrliyi ilə keçiriləcək.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow