AzTV “Düşən Pullar”ın iştirakçılarına bir ay ərzində 6 900 sendviç yedirdəcək – 29 min ayrılıb

Aug 24, 2024 - 09:34
 0
AzTV “Düşən Pullar”ın iştirakçılarına bir ay ərzində 6 900 sendviç yedirdəcək – 29 min ayrılıb

Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AzTV) ehtimal qiyməti 28 min 875 manat olan tender müsabiqəsi (Açıq tender) elan edib.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi “Düşən Pullar” televiziya şousunun çəkiliş məkanında yaradıcı heyətin və kütləvi səhnələrdə iştirakçıların qidalanması (“Catering") xidmətinin satınalınması ilə bağlıdır.

Bildirilir ki, AzTV 30 gün müddətində hər gün 230 ədəd sendviç (sendviç çörəyi, toyuq əti 100 qram, kahı, xiyar, pomidor, moyenez) və 6 900 ədəd 0,5 litr su (təbii mineral) alacaq.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow