Bədəl Bədəlova hər adam zəng edə bilməz...

Aug 21, 2024 - 08:49
 0
Bədəl Bədəlova hər adam zəng edə bilməz...

Xəbər verdiyimiz kimi, SOCAR-ın keçmiş vitse-prezidenti Bədəl Bədəlovun YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülüb. Onun 96 saylı Goranboy-Naftalan seçki dairəsindən namizədliyi qeydə alınıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, həmin dairədən olan vətəndaşlar Bədəl Bədəlovun deputatlığa namizədliyinin irəli sürülməsinə etiraz ediblər.

Vətəndaşlar Bədəl Bədəlovun SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin dəstəyi ilə namizədliyinin verildiyini bildiriblər.

Məsələ ilə bağlı Bədəl Bədəlov Manset.az-a açıqlama verib.

"Siz kimsiniz, məni yığmısınız? Nömrəmi haradan almısınız? Kim? Rövnəq Abdullayev mənə dəstək verib?...",- Bədəl Bədəlov bu adı eşidən kimi telefonu dərhal bağlayıb.

Qeyd edək ki, Bədəl Bədəlovun SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin yaxın adamı olduğu bildirilir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow