Böyük ailələrdə çörək və ət istehlakı minimum səviyyədən aşağıdır – Rəsmi

Sep 5, 2024 - 13:34
 0
Böyük ailələrdə çörək və ət istehlakı minimum səviyyədən aşağıdır – Rəsmi

Azərbaycanda 6 və daha çox insanın yaşadığı ailələrdə bir nəfər il ərzində orta hesabla 126,1 kiloqram çörək və çörək məhsullarından istifadə edir.

Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin müəyyən etdiyi minimum normadan aşağıdır.

Məlumat üçün bildirək ki, ölkədə minimum istehlak səbətinin tərkibi sonuncu dəfə Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli qərarı ilə müəyyən edilib və həmin qərarda göstərilir ki, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün hər bir insan il ərzində ən azı 136,8 kiloqram çörək və çörək məhsullarından istifadə etməlidir.

Eyni zamanda ailə tərkibi 4 və 5 nəfərdən ibarət olan ev təsrrüfatlarında da çörək və çörək məhsullarının istehlakı minimum səviyyədən aşağıdır. Yalnız 3 və daha az insanın yaşadığı ailələrdə çörək və çörək məhsullarının istehlakı minimum səviyyədən yüksək olub.

Onu da qeyd edək ki, böyük ailələrdə çörək və çörək məhsullarından başqa ət və ət məhsullarının, həmçinin bitki yağlarının istehlakı da minimum istehlak normasından aşağı olub. Statistika Komitəsinin açıqladığı sonuncu məlumatda qeyd olunur ki, 6 və daha çox insanın yaşadığı ailələrdə il ərzində adambaşına 32,5 kiloqram ət və ət məhsulları, 9,9 kiloqram bitki yağı istehlak olunub.

Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə ət və ət məhsullarının istehlakı ən azı 32,9 kiloqram, bitki yağlarının istehlakı isə 10,9 kiloqram olmalıdır.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow