DOST 1.2 milyona görün nələr alır – Siyahı

Sep 2, 2024 - 12:01
 0
DOST 1.2 milyona görün nələr alır – Siyahı

Bu yaxınlarda general oğlu ilə 5 milyon manatlıq icarə müqaviləsi bağlamış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) daha üç tender keçirməyə hazırlaşır.

 Tribunainfo.az xəbər verir ki, ümumi dəyəri 1.2 milyon manatdan çox olan bu tenderlərə əsasən DOST bir sıra işlər görəcək.

Belə ki, DOST Agentliyi Quba Regional DOST Mərkəzi üçün mebel və bədii tərtibat avadanlıqlarının satınalınmasını həyata keçirəcək. Bunun üçün nəzərdə tutulan məbləğ isə 904.905,40 manat təşkil edəcək.

İkinci tender isə DOST Agentliyi tərəfindən Agentlik, DOST mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətləri üçün dəftərxana mallarının satınalınmasını əhatə edəcək. Bu zaman sərf olunacaq vəsaitini məbləği 111.977,96 manat olacaq.

Üçüncü tender isə Quba DOST və Peşə hazırlığı mərkəzi üçün liftlərin alınması ilə bağlıdır. Tribunainfo.az xəbər verir ki, 157.698,15 manatlıq satınalma müqaviləsinin kiminlə bağlanacağı sentyabrın 30-da məlum olacaq.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow