Əliyev və Putin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcəklər

Aug 18, 2024 - 22:27
 0
Əliyev və Putin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcəklər

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələlərini müzakirə edəcəklər.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya liderinin Azərbaycana səfəri çərçivəsində dərc olunan materiallarında bildirilir.

“Prezidentlər regional və beynəlxalq siyasətin aktual problemləri, xüsusilə Azərbaycan-Ermənistan nizamlanması mövzusu ətrafında fikir mübadiləsi aparacaqlar”, - sənəddə deyilir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Azərbaycana səfər edəcək.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow