Əmək müqaviləsi ilə işləyənlərin sayı açıqlandı

Sep 11, 2024 - 17:52
 0
Əmək müqaviləsi ilə işləyənlərin sayı açıqlandı

Bu ilin avqust ayının 1-nə olan məlumata görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı 1 milyon 759 min nəfər olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 877,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət sektorunda işləyən işçilərin sayı 10 min nəfər azalıb, qeyri-dövlət sektorunda işləyən işçilərin sayı isə 62,5 min nəfər artıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow