Əməkdar elm xadiminin qardaşı niyə həbs edilib? - İttiham olunduğu maddələr (FOTO)

Sep 9, 2024 - 18:14
 0
Əməkdar elm xadiminin qardaşı niyə həbs edilib? - İttiham olunduğu maddələr (FOTO)

Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadənin qardaşı Qiyaməddin Şəmsizadə həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1958-ci il tarixdə Quba rayonunun İspik kəndində anadan olmuş Qiyaməddin Şəmsizadə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb. 

Onun qardaşının adından istifadə etməklə bir neçə şəxsdən külli miqdarda vəsait alaraq mənimsədiyi məlum olub. 

Belə ki, Kamil Səfərəliyev adlı şəxs 2019-2020-ci illərdə Bakı Dövlət Universitetində müəllim işləyib. Pandemiya ilə əlaqədar universitetdə dərslər dayandığından işdən çıxarılıb. Kamil Səfərəliyev yenidən BDU-ya müəllim kimi düzəlmək üçün Qiyaməddin Şəmsizadəyə 15 min manat pul verib. Təqsirləndirilən şəxs 2022-ci ildə həmin vəsaiti BDU-nin keçmiş müəllimdən alaraq onu qardaşı vasitəsi ilə işə bərpa edəcəyini vəd edib.

Qiyaməddin Şəmsizadə bu yolla bir neçə nəfərin etibarından sui-istifadə edərək və aldadaraq müxtəlif məbləğlərdə vəsaiti ələ keçirib. 

Məhkəmənin qərarı ilə Qiyaməddin Şəmsizadə 2 il 4 ay 19 gün müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Qiyaməddin Şəmsizadə əvvəllər də bir neçə dəfə məhkum edilib. Sonuncu dəfə isə 2012-ci il tarixdə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrilə təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. Daha sonra ona verilmiş cəza 5 ilə endirilib və azadlığa çıxıb. 

Nizaməddin Şəmsizadə

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow