“Ermənistan tam razılaşdırılmış sülh sazişi layihəsini Azərbaycana verib” – Mirzoyan

Sep 9, 2024 - 17:12
 0
“Ermənistan tam razılaşdırılmış sülh sazişi layihəsini Azərbaycana verib” – Mirzoyan

“İrəvan tam razılaşdırılmış sülh sazişi layihəsini Bakıya verib”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.

Mirzoyan həmçinin Ermənistanın Azərbaycanın reaksiyasını gözlədiyini qeyd edib.

“Ermənistan sülh müqaviləsinin onuncu variantını Azərbaycana təhvil verib. Layihəyə bütün razılaşdırılmış mətn, tam razılaşdırılmış maddələr və ya maddələrin tam razılaşdırılmış hissələri daxildir”, - Ermənistan XİN rəhbəri bildirib.

Digər tərəfdən, Mirzoyan bildirib ki, Ermənistan və Azərbaycanın tezliklə sülh sazişi imzalamaq üçün real şansları var.

“Biz inanırıq ki, qısa müddətdə sülh sazişi imzalamaq və Cənubi Qafqazda uzunmüddətli sabitlik səhifəsi açmaq üçün real imkanlar var”, - o qeyd edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow