Hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

Aug 17, 2024 - 11:09
Aug 17, 2024 - 11:10
 0
Hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

Hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

AzToday.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlim zamanı S-300 “Favorit” zenit-raket komplekslərinin divizionlarının döyüş heyətləri texnikanı döyüşə hazır vəziyyətə gətirərək mövqe rayonlarına marş edib, start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını yerinə yetiriblər.

Təlimdə vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqlar da müvəffəqiyyətlə icra edilib.

Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların nəzəri bilik və praktiki vərdişlərinin artırılması, həmçinin hava hücumundan müdafiə bölmələrinin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasıdır.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow