İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının səbəbi açıqlandı

Sep 1, 2024 - 20:42
 0
İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının səbəbi açıqlandı

İran prezidenti İbrahim Rəisinin helikopteri mayın 19-da ölkənin şimalında Şərqi Azərbaycan əyalətində sıx duman səbəbindən təpə ilə toqquşaraq qəzaya uğrayıb.

Bu barədə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Helikopterin qəzaya uğramasının əsas səbəbi yaz aylarında bölgənin çətin iqlim şəraiti, yüksəkliyə qalxarkən qəfil qalın duman kütləsinin əmələ gəlməsi və helikopterin dağla toqquşması olub”, - deyə qurumun yekun hesabatında deyilir. (Qaynarinfo)

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow