İlham Əliyev: İndoneziya ilə münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk

Aug 17, 2024 - 11:25
 0
İlham Əliyev: İndoneziya ilə münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk

Azərbaycan İndoneziya ilə münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verir.

Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İndoneziya Prezidenti Coko Vidodoya ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb:

"İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-İndoneziya əlaqələri, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə birgə fəaliyyətimiz, o cümlədən Bakıda təşkil ediləcək COP29 çərçivəsində əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir”, - dövlət başçısının məktubunda qeyd edilib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow