İlqar Məmmədov REAL partiyasının sədri vəzifəsindən istefa verdi

Sep 11, 2024 - 19:42
 0
İlqar Məmmədov REAL partiyasının sədri vəzifəsindən istefa verdi

İlqar Məmmədov Respublika Alternativ Partiyasının sədri vəzifəsindən istefa verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə partiya rəhbəri sosial şəbəkə hesabında məlumat yayıb.

O qərarını belə izah edib:

“MSK bu gün təqdim elədiyim əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətimi rədd etdi. Nəticə etibarı ilə, ötən il söz verdiyim kimi, REAL partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL partiyasına yeni rəhbər seçəcək. Həmin ərəfədə yekun video müraciətim də olacaq”.

Qeyd edək ki, İlqar Məmmədov 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən REAL partiyasından namizəd olub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow