İraqda reyd zamanı ABŞ-nin yeddi hərbçisi yaralandı

Aug 31, 2024 - 10:32
 0
İraqda reyd zamanı ABŞ-nin yeddi hərbçisi yaralandı

ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı və İraq təhlükəsizlik qüvvələrinin İraqın qərbində İŞİD terror qruplaşmasının yaraqlılarının məhv edilməsi üzrə birgə əməliyyatı zamanı 7 amerikalı hərbçi yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" amerikalı hərbi rəsmiyə istinadən xəbər yayıb.

Məlumata görə, xəsarət alanların hamısının vəziyyəti sabitdir.

Xatırladaq ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığı Amerika ordusu və İraq təhlükəsizlik qüvvələrinin İraqın qərbində İŞİD-in 15 yaraqlısını məhv etdiyini bildirib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow