“İrəvan Bakı ilə birbaşa danışıqlar aparmaq istəyirsə, bu, onların seçimidir”

Sep 2, 2024 - 16:19
 0
“İrəvan Bakı ilə birbaşa danışıqlar aparmaq istəyirsə, bu, onların seçimidir”

“Əgər Ermənistan hakimiyyəti Rusiyanın iştirakı olmadan, Azərbaycanla birbaşa danışıqlar aparmaq istəyirsə, o zaman bu, onların seçimidir”.

Yeniavaz.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) müəllim və tələbələri qarşısında çıxışı zamanı deyib.

“Eyni şəkildə 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan arasında bir neçə sammitində bağlanmış üçtərəfli sazişlərin də icra olunmamasından narahatıq. Əgər İrəvan hesab edirsə ki, bunu birbaşa Azərbaycanla etmək lazımdır, bu, onların seçimidir”, - Rusiya diplomatiyasının rəhbəri bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 31-də keçirdiyi mətbuat konfransında Azərbaycanla birbaşa danışıqların müsbət nəticə verdiyini bildirmişdi.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow