Kəmaləddin Heydərova məxsus şirkətlər işçisi arasında qalmaqal

Sep 2, 2024 - 14:22
 0
Kəmaləddin Heydərova məxsus şirkətlər işçisi arasında qalmaqal

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən "MKT İstehsalat Kommersiya" MMC-nin keçmiş işçisi Nurlan Əlizadə şirkəti məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, Nurlan Əlizadə işə bərpa olunmasını və işsiz qaldığı müddət üçün əmək haqqı ödənilməsini tələb edir. 

Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. İş hakim Mehriban Əfəndizadənin icraatındadır. 

"MKT İstehsalat Kommersiya" MMC pambıqçılıq sahəsində fəaliyyət göstərən ən iri şirkətlərdən biridir. 

Şirkət 25 ildən artıqdır ki, fəaliyyət göstərir. Mediada Kəmaləddin Heydərovun biznesi barədə dərc edilən araşdırma mateirllarında "MKT İstehsalat Kommersiya" MMC-nin də adı keçir və şirkətin nazirə məxsus olduğu iddia edilir. Qarşı tərəf indiyədək bu iddiaları təkzib etməyib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow