Məşhur tikinti şirkəti cərimələnə bilər

Sep 9, 2024 - 14:48
 0
Məşhur tikinti şirkəti cərimələnə bilər

Paytaxtın Nərimanov rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan “Gold Məkan” MMC (“Rahatlığın makanı”) barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Yeniavaz.com xəbər verir ki, “Gold Məkan” barəsində tərtib olunan protokola Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow