Nazirlik bu nəşriyyatlardan 750 min manatlıq kitab alır – Siyahı

Aug 27, 2024 - 20:25
 0
Nazirlik bu nəşriyyatlardan 750 min manatlıq kitab alır – Siyahı

Elm və Təhsil Nazirliyi ölkədə kitab çapı və satışı ilə məşğul olan 8 aparıcı şirkət ilə satınalma müqavilələri imzalayıb.

Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilələrin ümumi dəyəri 749 min 717 manat 50 qəpik olub.

Qeyd edək ki, nazirlik ən çox “Qanun Nəşriyyatı” MMC-dən, ən az isə “Libra Kitab” MMC-dən kitablar alacaq.

Elm və Təhsil Nazirliyi dövlət ümumtəhsil məktəblərinin kitabxanaları üçün aşağıdakı şirkətlərdən kitablar alacaq:

- “Qanun Nəşriyyatı” MMC (VÖEN – 1700670061) – 319 095 manat;
- “Teas-Press Nəşriyyat Evi” MMC (VÖEN – 1701563481) – 152 732,5 manat;
- “Altun kitab” MMC (VÖEN – 2000096021) – 105 300 manat;
- "Təhsil" Nəşriyyat Poliqrafiya MMC (VÖEN – 1300379491) – 58 500 manat;
- “Ağıllı Bala” MMC (VÖEN – 1903645361) – 36 000 manat;
- “Everest Nəşriyyat Evi” MMC (VÖEN – 1306342531) – 34 650 manat;
- “Nərgiz nəşriyyatı” MMC (VÖEN – 1601365831) – 29 940 manat;
- “Libra Kitab” MMC (VÖEN – 1504275961) – 13 500 manat.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow