Növbəti üç gün hava küləkli olacaq – Xəbərdarlıq

Aug 23, 2024 - 16:52
 0
Növbəti üç gün hava küləkli olacaq – Xəbərdarlıq

Avqustun 24-26-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

AzToday.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Bərdə, Tərtər, Yevlax, Füzuli, Mingəçevir, Naftalan, Gəncə, Samux, Goranboy, Daşkəsən, Göygöl, Cəbrayıl, Salyan, Sabirabad, Hacıqabul, Şirvan, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Cəlilabad, Naxçıvan, Ordubad və Culfada fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow