"Özünü Mirzə Babayevin qardaşı kimi təqdim edib pul istəyir"

Aug 27, 2024 - 12:43
 0
"Özünü Mirzə Babayevin qardaşı kimi təqdim edib pul istəyir"

Bakıda özünü mərhum Xalq artisti Mirzə Babayevin qardaşı kimi təqdim edən şəxs müxtəlif bəhanələrlə vətəndaşlardan pul alır.

Qaynarinfo xəbər verir ki, bu barədə Mirzə Babayevin nəvəsi Emin Babayev feysbuk hesabında yazıb.

E. Babayev xəbərdarlıq edib: "Artıq bir neçə ildir şəkildə gördüyünüz kişi şəhərin müxtəlif yerlərində, əsasən kafe və marketlərdə, özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək insanlardan müxtəlif formalarda xeyir alır. Kimdənsə pul istəyir, kimsə onun yediyi yeməyin hesabını ödəyir və s.”

Nəvənin sözlərinə görə, həmin şəxs özü ilə Mirzə Babayevin şəklini gəzdirir: "Sifətdən müəyyən oxşarlığı var, ailəmiz haqqında bəzi məlumatları əzbərləyib, geyimində də çalışır ki Mirzə Babayeva oxşasın”.

O qeyd edib ki, babasının sonuncu qardaşı 11 il bundan əvvəl vəfat edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow