Paşinyan: "Bakı ilə sülh sazişində 13 maddə razılaşdırılıb"

Sep 10, 2024 - 11:06
 0
Paşinyan: "Bakı ilə sülh sazişində 13 maddə razılaşdırılıb"

Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və preambula tam razılaşdırılıb.

"Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan "İrəvan dialoqu” forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 16 maddədən üçü qismən razılaşdırılıb.

Baş nazir hesab edir ki, bu, təsdiqlənmiş sənədə malik olmağa və ona uyğun irəliləməyə imkan verəcək.

O qeyd edib ki, Cənubi Qafqazda sülh nəinki mümkündür, həm də realdır.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow