Paşinyan İlham Əliyevlə sərhəddə görüşmək istəyir

Aug 31, 2024 - 13:35
 0
Paşinyan İlham Əliyevlə sərhəddə görüşmək istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində Azərbaycan lideri İlham Əliyevlə görüş keçirməyə hazırdır. 

Qaynarinfo xəbər verir ki, bunu şənbə günü keçirdiyi mətbuat konfransında Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan beynəlxalq tərəfdaşların sülh gündəliyinə yardımını yüksək qiymətləndirir, lakin Azərbaycanla uzun müddətdir ki, ikitərəfli formatda iş aparılır.

"Bu format keçən ilin dekabr bəyanatından başlayaraq, bir gün əvvəl delimitasiya komissiyası birgə fəaliyyətlə bağlı qərarlar imzalayıb", deyə baş nazir bildirib.

O qeyd edib ki, indiki mərhələdə ikitərəfli formatda işləməyin zəruriliyi anlaşılır. Paşinyan bunu Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında da ifadə etdiyini vurğulayıb.

O, həmçinin Bakı ilə digər formatlarda, o cümlədən Moskvanın iştirakı ilə üçtərəfli formatda təmasların olmasını istisna etməyib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow