“Pepsico Azərbaycan” gömrük qaydalarını pozdu

Aug 26, 2024 - 11:16
 0
“Pepsico Azərbaycan” gömrük qaydalarını pozdu

“Pepsico Azərbaycan” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə araşdırılacaq.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow