Prezident və birinci xanım Özbəkistana dövlət səfərinə yollandı

Aug 22, 2024 - 15:42
 0
Prezident və birinci xanım Özbəkistana dövlət səfərinə yollandı

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Özbəkistana dövlət səfərinə gəlib.

AzToday.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarsalayıblar.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow