Sahib Məmmədov nazir müavini vəzifəsindən getdi

Aug 28, 2024 - 10:01
 0
Sahib Məmmədov nazir müavini vəzifəsindən getdi

Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini vəzifəsindən ayrılıb.

Bu barədə AzToday.az-a İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Beləliklə, iqtisadiyyat nazirinin müavinlərinin sayı 5-ə düşüb.

Sahib Məmmədov bir neçə gün əvvəl  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.

Qeyd edək ki, Sahib Məmmədov 2004–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində işləyib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow