Samir Əsədli Sırıq kəndində seçicilərlə görüşüb

Aug 28, 2024 - 12:41
 0
Samir Əsədli Sırıq kəndində seçicilərlə görüşüb

Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, partiya sədrinin müavini Samir Əsədli təşviqat kampaniyası çərçivəsində Yardımlı rayonunun Sırıq kəndində seçicilərlə görüşüb. Tədbir Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini yad etməklə başlayıb. VHP Ali Məclisinin üzvü Əliqismət Əlibəyli görüşü açaraq Milli Məclisə seçkilər, seçki marafonu haqda danışıb və partiyanın dairə üzrə namizədi barədə seçiciləri məlumatlandırıb.

VHP sədrinin müavini, deputatlığa namizəd Samir Əsədli tədbir iştirakçılarını salamlayaraq partiyanın fəaliyyətindən, seçki marafonundan və Milli Məclisdə VHP-nin deputat qrupunun işi barədə məlumat verib. Seçiciləri seçkidə aktiv olmağa və öz səslərini qorumağa çağıran Samir bəy öz seçki platforması, VHP-nin parlament seçkiləri ilə bağlı mövqeyi, seçkiyə münasibətindən danışıb. Deputatlığa namizəd bildirib ki, VHP hər zaman milli birlik, vətəndaş həmrəyliyi ideologiyası ilə bağlı millətin, vətəndaşın yanında olub. Biz partiya olaraq milli mövqeyimizlə dövlətimizin xoş gələcəyi üçün çalışıb, bu yöndə mübarizəsini davam etdirib. Yardımlı rayonunun ümumi problemlərindən danışan S.Əsədli bölgənin inkişafı ilə bağlı təkliflərini səsləndirib.

Tədbir zamanı seçicilər suallar verib, namizəd onları dinləyib və suallara cavab verib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow