Sentyabrın 21-də Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinə yekun vuracaq

Sep 20, 2024 - 11:58
 0
Sentyabrın 21-də Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinə yekun vuracaq

Sentyabrın 21-də saat 15:00-da Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisə növbədənkənar seçkilərin nəticələrinə baxacaq.

Mərkəzi Seçki Komissiyasından təqdim olunan materiallar yoxlanıldıqdan sonra Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinə yekun vuracaq.

Növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçirilib.

İlkin nəticələrə görə, 125 yerlik parlamentə İlham Əliyevin rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyasının  68 üzvü, hakimiyyətyönlü mövqeyilə tanınan 44 "müstəqil" namizəd, həmçinin 10 siyasi partiyanın 13 nümayəndəsi keçir.

Seçkilərdə seçici fəallığı 37,27 faiz olub. (Turan)

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow