"Mançester Siti"də ciddi itki - Lideri "Arsenal"la matçda oynamayacaq

Sep 20, 2024 - 11:03
 0
"Mançester Siti"də ciddi itki - Lideri "Arsenal"la matçda oynamayacaq

"Mançester Siti" "Arsenal"la vacib oyuna ciddi itki ilə çıxacaq.

Fanat.az xəbər verir ki, yarımmüdafiəçisi Kevin De Bröyne komandaya kömək etməyəcək.

Məlumatı insayder Devid Makdonnel yayıb.

Belçikalı Çempionlar Liqasının "İnter"lə matçın (0:0) ilk yarısında zədələnib və fasilədə əvəzlənib. 33 yaşlı futbolçunun tezliklə sıraya qayıda biləcəyi gözlənilsə də, "Mançester Siti" onun sağlamlığını riskə atmaq istəmir.

Kevin De Bröyne bu mövsüm bütün turnirlərdə Pep Qvardiolanın komandasının heyətində 6 matçda 1 qol və 1 məhsuldar ötürmə edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow