Haaland Ouen, Keyn və Anriyə çatdı

Sep 1, 2024 - 09:43
 0
Haaland Ouen, Keyn və Anriyə çatdı

İngiltərə Premyer Liqasının 3-cü turunun "Vest Hem"lə matçı "Mançester Siti"nin futbolçusu Erlinq Haaland üçün əlamətdar olub.

Qol.az "Opta"ya istinadən xəbər verir ki, sözügedən görüşdə "şəhərlilər" 3:1 hesabı ilə qalib gəliblər. Komandanın hər üç qolunu Haaland vurub.

Bununla da 24 yaşlı hücumçu Premyer Liqa tarixində ən çox het-trik edən oyunçuların siyahısına daxil olub. O, 8 het-triklə 4-cüdür.

İngiltərəli futbolçular Maykl Ouen və Harri Keyn , eləcə də fransız Tyeri Anri də eyni nəticəyə malikdir. Bu göstəricidə lider "Mançester Siti"nin sabiq hücumçusu Serxio Aquerodur (12). Alan Şirerin aktivində 11 het-trik var. Robbi Faulerin aktivində isə het-trik var.

Qeyd edək ki, Erlinq Haaland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Norveçli "Şəhərlilər"in heyətində bütün yarışlarda 102 matça çıxıb, 97 qol vurub və 14 qolun ötürməsini verib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow